Sosial şəbəkədə biz:

Avstraliyalı futbolçu fantastik qol vurub – VİDEO

28 April 2018, 11:23
Gündəm
“Nyukasl Cets” klubunun yarımmüdafiəçisi Rayli Makqri rəqib “Melburn Siti” komandasının qapısından inanılmaz qol keçirib. Oxu.Az xəbər verir ki, 19 yaşlı Makqri oyunun 56-cı dəqiqəsində seçilib. Yarımmüdafiəçi ona ötürülən topa dabanı ilə toxunaraq, əqrəb zərbəsi ilə möhtəşəm qol vurub. Qolun görüntüsü “Twitter” də yayılıb. “Cets” matçda 2:1 hesabı ilə qalib gəlib. Qələbə qolunu Ceyson Hofman vurub.