Sosial şəbəkədə biz:

Maradona baş məşqçi vəzifəsindən istefa verib

28 April 2018, 14:23
Gündəm
Dieqo Maradona Birləşmiş Ərəb Əmirliklərinin I divizionunda çıxış edən “Əl-Fucayra” komandasının baş məşqçisi postundan istefa verib. “Report” BBC-yə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis qarşıya qoyulan tapşırığı - komandanı yüksək dəstəyə çıxarmağı bacarmadığı üçün postundan ayrılıb. Qeyd edək ki, Maradona ötən ilin mayından “Əl-Fucayra”ya rəhbərlik edirdi. O, 2008 – 2010-cu illərdə Argentina millisinin baş məşqçisi olub.