Sosial şəbəkədə biz:

ABŞ prezidenti Kim Çen Inla görüşünün vaxtını açıqladı

29 April 2018, 10:51
Gündəm
ABŞ prezidenti Donald Tramp Koreya yarımadasının nüvəsizləşdirilməsini müzakirə etmək üçün yaxın 3-4 həftə ərzində KXDR lideri Kim Çen In ilə görüşmək niyyətindədir. TASS xəbər verir ki, bunu Amerika lideri şənbə günü Miçiqan ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib. "Düşünürəm ki, bizim görüşümüz üç-dörd həftə ərzində olacaq. Bu, Koreya yarımadasının nüvəsizləşdirilməsi, Şimali Koreya üçün çox vacib görüş olmalıdır. Görək necə olacaq", - deyə o bildirib.