Sosial şəbəkədə biz:

Moskvada bu da oldu: qeyri-iş günlərində spirtli içki satılmayacaq

30 April 2018, 10:19
Gündəm
Rusiya paytaxtı Moskvada may bayramları günlərində bütün növ spirtli içkilərin satışına qadağa qoyulub. Mağazalarda, yeraltı keçidlərdə, park və meydanlarda alkoqollu içkilərin satışı dayandırılacaq. Qadağa 29 aprel - 2 may və 9 may Qələbə günü günü qüvvədə olacaq.
Qadağaya səbəb kimi bayram günlərində baş verə biləcək bədbəxt hadisələrin qarşının qabaqcadan alınması göstərilir. Qeyd edək ki, 29-30 aprel, 1-2 may və 9 may günləri Rusiyada qeyri-iş günləri hesab olunur.(Modern.az )