Sosial şəbəkədə biz:

Özünü relslərin üstünə atdı - Metroda hadisə

30 April 2018, 15:54
Gündəm
Bakı sakini özünü qatar relslərinin üstünə atıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gün saat 13:45 radələrində metronun “Gənclik” stansiyasında baş verib.
“Bakı Metropoliteni”nin mətbuat katibi Nəsimi Paşayev bildirib ki, paytaxt sakini Zülfüqarov Elvin Əli oğlu yanındakı dostu ilə mübahisə edib və özünü relslərin üstünə atıb: “Həmin zaman stansiyada qatar olmayıb. Stansiya və polis əməkdaşları onu təcili oradan çıxardıblar”.