Sosial şəbəkədə biz:

Əfqanıstanda BBC-nin müxbiri qətlə yetirilib

30 April 2018, 21:02
Gündəm
Əfqanıstanın Host vilayətində Britaniyanın BBC telekanalının jurnalisti Əhməd Şah qətlə yetirilib. “Report”un “TOLO News”a istinadla verdiyi xəbərə görə, jurnalist evə qayıdarkən motosikletlə hərəkət edən naməlum şəxslər ona atəş açıb. “BBC dərin hüznlə müxbirimiz Əhməd Şahın Əfqanıstanın Host vilayətində bu gün öldürüldüyü barədə xəbəri təsdiqləyir”, – telekanal rəsmisi Cemi Anqus deyib.