Sosial şəbəkədə biz:

AVRO-2017: Güləşçimiz finala vəsiqə qazandı

30 April 2018, 21:35
Gündəm
Rusiyanın Kaspiysk şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.
Yunan-Roma güləşçilərinin yarışlarının ilk günündə 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan millisinin üzvü Eldəniz Əzizli (55 kq) qitə çempionatının finalına vəsiqə qazanıb. İdmançımız yarımfinal görüşündə 1:7 hesabı ilə geridə olmasına baxmayaraq, mübarizlik və əzmkarlıq göstərərək Rusiya təmsilçisi Vasili Topoevi 9:7 məğlub edib. Onun yarışların həlledici mərhələsindəki rəqibi estoniyalı Helari Maegissalu olacaq.