Sosial şəbəkədə biz:

Avtosfer.az 4 yaşını qeyd edir

01 May 2018, 15:13
Gündəm
Bu gün Avtosfer.az portalının 4 yaşı tamam olur. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Jurnalistika və İnkişaf Mərkəzi» İB tərəfindən həyata keçirilən «Peşəkar sürücü; hüquq və vəzifələr» adlı layihə çərçivəsində 2014-cü ildə yaradılan portal qısa zaman ərzində özünə geniş oxucu kütləsi toplaya bilir. Oxucular avtomobillər haqqında yeniliklər, yol hərəkəti qaydaları haqqında maarifləndimə məlumatlarını, o cümlədən maraqlı videoları portaldan izləyə bilirlər. Qayda pozan sürücülər, yol polisləri AvtosferTV-nin kameralarından yayınmır. Dəfələrlə portalda qayda pozan şəxslərin yaynmlanmış videoları öz nəticəsini verib. Oxucularla interaktiv şəkildə işləyən portal “Suallara cavab” bölməsi ilə ünvanlanan suallara peşəkar ekspertlərin cavablarını təqdim edir. Avtosfer.az-ın kollektivi hər zaman sürücülərə, piyadalara qaydaları pozmamağı tövsiyə edən maarifləndirici məlumatlar tədqdim edir. Siz dəyərli oxucuların dəstəyini hər zaman hiss edir və bunun davamlı olmasını arzulayırıq!