Sosial şəbəkədə biz:

ƏRDOĞANA QARŞI BÖYÜK İTTİFAQ – 4 müxalifət partiyası razılığa gəlib

02 May 2018, 11:39
Gündəm
Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası və Demokrat Partiya iyunun 24-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı ittifaq yaratmaq barədə razılığa gəliblər. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, partiyalar ittifaq yaratmaqla bağlı protokolu Mərkəzi Seçki Komissiyasına mayın 6-dək təqdim edə bilərlər. Mayın 6-sı bunun üçün sonuncu gündür. Bu ittifaqlın yaranması ilə bağlı hələlik razılaşma imzalanmayıb. Birliyin prezidentliyə vahid namizəd irəli sürəcəyi bildirilib. Mayın 3-də dörd partiyanın liderləri ortaq mətbuat konfransı keçirəcək. Qeyd edək ki, bundan əvvəl hakim Ədalət və İnkişaf Partiyası ilə müxalif Milliyyətçi Hərəkat Partiyası “Cümhur ittifaqı” yaradıb.