Sosial şəbəkədə biz:

Sarkisyanın deputatları evlərindən qaçır

03 May 2018, 11:14
Gündəm
Ermənistanın hakim Respublika partiyasının deputatları etiraz aksiyalarından sonra ciddi narahatlıq keçirir. AzVision.az "Hraparak" qəzetinə istinadən xəbər verir ki, iqtidar təmsilçiləri ailə üzvlərini yaşadıqları evdən çıxararaq təhlükəsiz yerə aparırlar. Onlar etirazçıların evlərə basqın edəcəyindən qorxurlar. Bu işdə deputatlara Samvel Aleksanyan adlı şəxs yardım edir. Məlumata görə, deputatlar və onların ailə üzvləri izi itirmək üçün “Astğik” xəstəxanasının təcili tibbi yardım avtomobilləri ilə daşınır.