Fuad Poladov dəfn olunub
Xalq artisti Fuad Poladov vida mərasimindən sonra Yasamal rayonundakı “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.“Report”un xəbərinə görə, dəfn mərasimdə mərhumun dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib. Qeyd edək ki, F.Poladov mayın 4-dən 5-nə keçən gecə saat 1-də uzun sürən xəstəlikdən sonra vəfat edib.