Sosial şəbəkədə biz:

Vergilər Nazirliyi: kriptovalyutadan gəlir əldə edənlər vergi ödəməlidir

05 May 2018, 18:31
Gündəm
“Azərbaycanda kriptovalyutaların alqı-satqısından gəlir əldə edənlər vergiyə cəlb olunmalı, vergi ödəməlidir”. Bu barədə Bakıda keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF-2018) Vergilər Nazirliyinin nümayəndəsi Nicat İmanov deyib. “Kriptovalyuta ilə əməliyyat aparan, onu ucuz alıb sabah satan fiziki şəxslər gəlir vergisinə, hüquqi şəxslər isə mənfəət vergisinə cəlb edilməlidir”, - deyə o qeyd edib.