Sosial şəbəkədə biz:

Azərbaycan çempionatı: “Qəbələ” Avropa Liqasında çıxış edəcək

06 May 2018, 10:36
Gündəm
“Qarabağ”dan sonra daha bir komandanın gələn mövsüm avrokuboklarda iştirakı rəsmiləşib. Bu, Topaz Premyer Liqasının XXVI turunda keçirilən “Qəbələ” – “Keşlə” matçından sonra müəyyənləşib. Ölkə kubokunun finalçılarının Qəbələdə üz-üzə gəldiyi görüş 1:1 hesabı ilə nəticələnib. Bir gün əvvəl “Sumqayıt” büdrədiyindən, “Qəbələ” ilə arasındakı 6 xallıq fərq qalıb. Bu isə o deməkdi ki, “qırmızı-qaralar” mövsümü ən pis halda 3-cü pillədə tamamlayacaqlar. Bu da Avropa Liqasına vəsiqə üçün yetərlidi. Bu gün “Neftçi” “Qarabağ”la görüşdə qələbə qazana bilməsə, o zaman “Qəbələ” sona 2 tur qalmış gümüş medalı təmin edəcək/APA.