Sosial şəbəkədə biz:

Qəzada həlak olanların adları - Ana və iki qızı da var

07 May 2018, 12:21
Gündəm
Sabirabadın Şəhriyar kəndində qəza nəticəsində ölənlərin kimliyi müəyyənləşib. Bu barədə “Qafqazinfo”ya Sabirabad RİH-dən məlumat verilib. İH-dən bildirilib ki, qadınlar pambıq yığmaya getməyiblər. Hazırda pambıq yığma mövsümü deyil. Onlar kəndin qırağında yerləşən pay torpaqlarını becərməyə gediblər. Yolda lapet kanala aşıb. Hazırda hadisə ilə bağlı istintaq gedir. Bu gün ərazində dəfn ediləcəklər. Qeyd edək ki, hadisə nəticəsinə Bağırovalar bir ailənin üzvüdür. Fatimə və Zəhra Bağırovalar bacı, Elnarə Bağırova isə onların anasıdır. Ölən bacılar isə əkizdir. Ölən şəxslər bunlardır: Bağırova Elnarə -1978- ci ilo təvəllüdlü Bağırova Zəhra- 2000- ci il təvəllüdlü Bağırova Fatimə -2000- ci il təvəllüdlü Həsənova Xəyalə-1983- cü il təvəllüdlü İmanova Məlahət -1966- ci il təvəllüdlü Qasımova Günay-1992- ci il təvəllüdlü