Sosial şəbəkədə biz:

Sabirabadda traktor qəzasında ölənlərdən üçü ana və əkiz qızlarıdır (SİYAHI)

07 May 2018, 13:14
Gündəm
Sabirabad rayonunda traktorun su kanalına düşməsi nəticəsində ana və 18 yaşlı əkiz qızları ölüb. Azinforum.az  "Report"a istinadən xəbər verir ki, rayonun Şəhriyar kəndində baş verən qəzada traktorun qoşqusunda olan 7 nəfərdən 6-ı ölüb 1-i sürücü olmaqla 2 nəfər yaralanıb. Ölənlər: 1978- ci il təvəllüdlü Bağırova Elnarə İbrahiməjdər qızı 2000-ci il təvəllüdlü Bağırova Zəhra Teymur qızı 2000-ci il təvəllüdlü Bağırova Fatma Teymur qızı 1983-cü il təvəllüdlü Həsənova Xəyalə Əbdülhəsən qızı 1966-cı il təvəllüdlü İmanova Məlahət Nuxbala qızı 1992-ci il təvəllüdlü Qasımova Günay Tofiq qızı Yaralılar: 1996-cı il təvəllüdlü Dadaşova Sona İmran qızı 1994-cı il təvəllüdlü İmanov Xalid Əjdər oğlu