Sosial şəbəkədə biz:

“Lider”in tənqid olunan aparıcısı işdən çıxarıldı

07 May 2018, 13:31
Gündəm
Bir müddətdir ki, sosial şəbəkələrdə tənqid olunan  “Yarasa” proqramının bağlanması barədə məlumat yayılıb. “Qafqazinfo” xəbər verir ki, verilişin yayımlandığı Lider TV-dən məsələyə münasibət bildirilib. Qeyd edilib ki, “Yarasa”nın yayımı davam edir: “Proqram bundan əvvəl həftədə 3 dəfə yayımlanırdısa, indi bir dəfə efirə çıxacaq. Amma verilişin aparıcısı Könül Yusifqızı olmayacaq”.
Qeyd edək ki, K. Yusifqızının geyimləri, efirdə söylədiyi qeyri-etik ifadələr sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.