Sosial şəbəkədə biz:

Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq

08 May 2018, 09:59
Gündəm
Faşizm üzərində qələbənin 73-ci ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq. Orkestrlər şəhərin müəyyən edilmiş 5 nöqtəsində çıxış edəcək: - Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında); - Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında; - Zərifə Əliyeva parkında; - Zabitlər parkında; - Fəvvarələr meydanında.