Sosial şəbəkədə biz:

Sumqayıtda 26 yaşlı qızı maşın vurub

10 May 2018, 09:34
Gündəm
Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, 1992-ci il təvəllüdlü şəhər sakini Hüseynova Elnarə Çingiz qızı yaşadığı 10-cu mikrorayon ərazisində yolu keçmək istətəyərkən naməlum avtomobil tərəfindən vurulub. O, müxtəlif dərəcəli xəsarətlərlə Sumqayıt şəhər TTYX-ya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.