Sosial şəbəkədə biz:

Bakıda ticarət mərkəzindən oğurluq edən qadın tutuldu

10 May 2018, 14:06
Gündəm
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə “Gənclik Mall” ticarət mərkəzindəki mağazaların birindən 536 manat dəyərində geyim əşyalarının oğurlanması barədə müraciət daxil olub. DİN-dən virtualaz.org-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini S.Rəsulova olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.