Sosial şəbəkədə biz:

“Azərbaycanda boşanmaya "Facebook", sms-lər səbəb olur” - Hadi Rəcəblidən ilginc açıqlama

23 May 2018, 11:58
Gündəm
"Azərbaycanda bu gün nikahların pozulmasına çox vaxt "Facebook", sms-lər və sair səbəb olur”. Bunu Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib. O bunu acınacaqlı hal adlandırıb.
Komitə sədri onu da qeyd edib ki, ölkədə çoxuşaqlılıq azalıb: "Əgər əvvəl orta hesabla ailədə 5 uşaq doğulurdusa, indi iki uşaq doğulur”. H. Rəcəbli ölkədə aliment fondunun yaradılmasının əleyhinə çıxıb: "Biz buna getsək, fəsadları ola bilər. Ona görə də başqa variant düşünməliyik”.
apa