Sosial şəbəkədə biz:

Ələt-Astara yolunda hərəkət istiqaməti dəyişdi - FOTO

24 May 2018, 20:39
Gündəm
Bu gün axşam saatlarından Ələt-Astara-İran sərhəd avtomobil yolunun Salyan rayonundan keçən 31-ci və 56-cı kilometrliklərindən hərəkət istiqaməti dəyişdirilərək yeni çəkilən yola yönəldilib. Virtualaz.org-un Şirvan bürosunun müvafiq qurumlardan əldə etdiyi məlumata görə, yolda hərəkət istiqamətinin müvəqqəti olaraq dəyişdirilməsi yolun 54-cü kilometrində yerləşən Kür çayı üzərindəki körpünün təmirə bağlanması ilə əlaqədardır. Adı çəkilən körpü 1991-ci ildə istifadəyə verilib. Körpüdə təmir işlərinin bir neçə gün çəkəcəyi gözlənilir.