Sosial şəbəkədə biz:

Qardaşı sabiq icra başçısı ilə görüşdən danışdı: "İkisi də salamatdır" -VİDEO

25 May 2018, 11:25
Gündəm
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Saleh Rüstəmovun səhhəti yaxşıdır. Bu barədə musavat.com-a onun qardaşı Valeh Rüstəmov açıqlama verib. Valeh Rüstəmov qardaşı ilə görüşdən sonra bildirib ki, hazırda onun heç bir problemi yoxdur:"Qardaşımla da, digər qardaşımın oğlu ilə də görüşdüm. İkisi də sağlamdır. Heç bir narazılıqları yox idi. Mən onların bədənlərinə də baxdım. Heç bir xəsarət izi yoxdur".