Qeyd edək ki, körpü ötən il də Azərbaycan bayrağının rənglərində işıqlandırılmışdı.
İstanbul boğazındakı körpü dövlət bayrağımızın rənglərində işıqlandırılıb
Istanbul boğazındakı "15 iyul şəhidləri" körpüsü mayın 27-də gecə saatlarından səhərədək Azərbaycanın üç rəngli bayrağının rənglərində işıqlandırılıb.
Azərtac xəbər verir ki, körpünün işıqlandılması mayın 28-də də davam edəcək. Bu barədə razılaşma Azərbaycanın İstanbuldakı baş konsulluğu ilə Türkiyənin nəqliyyat, kommunikasiya və dənizçilik nazirliyi arasında əldə olunub.