Sosial şəbəkədə biz:

Mal və qoyun ətinin istehsalçı qiyməti bahalaşıb – QİYMƏTLƏR

28 May 2018, 21:58
Gündəm
2018-ci ilin yanvar-mart ayları ərzində kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində 6.4%-lik artım baş verib. FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu da daha çox bitkiçilik məhsullarının bahalaşması (6.6%) hesabına olub. Belə ki, birillik bitkilərin qiyməti dövr ərzində 9% bahalaşıb.  Dövr ərzində heyvandarlıq məhsulları 6.2% qiymət artımı qeydə alınıb. Mal əti 8.4%, qoyun əti 5.1% bahalaşıb. Eyni dövrdə qiymətlər meşə təsərrüfatı məhsulları üzrə 1.5%, balıq və sair balıqçılıq məhsulları üzrə isə 7.9% artıb.