Sosial şəbəkədə biz:

İsrail parlamenti erməniləri məyus etdi

29 May 2018, 10:50
Gündəm
Qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsi İsrail parlamentinin gündəliyindən çıxarılıb. Bu barədə “The Jerusalem Post” nəşri məlumat yayıb. Bildirilib ki, Knessetin spikeri Yuli Edelşteyn layihənin müzakirə olunmamasına qərar verib. Qeyd olunub ki, sözügedən layihənin deputatlar tərəfindən dəstəklənəcəyi sual altında idi, bu səbəbdən Edelşteyn onu parlamentin gündəliyindən çıxardı. (AzVision.az)