Sosial şəbəkədə biz:

DTX-nın əməkdaşı həbs olundu

29 May 2018, 14:16
Gündəm
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şirvan şəhər şöbəsinin əməkdaşı tutulub. “ Azinforum.az ” APA-ya istinafən xəbər verir ki, gecə saatlarında DTX-nın Şirvan şəhər şöbəsinin əməkdaşı, baş əməliyyat müvəkkili, 1982-ci il təvəllüdlü Ağayev Rövşən Firudin oğlu saxlanılıb. R. Ağayevin hansı səbəblərdən saxlanıldığı hələlik dəqiq məlum deyil.
Bəzi məlumatlara görə, onun saxlanması Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın bir neçə gün əvvəl itkin düşməsi ilə əlaqədardır. Faktla bağlı araşdırma davam etdirilir.