“Onları yarışa çağırıram” - 82 yaşlı pambıqçı + Video
Biləsuvar rayonunun Təzəkənd sakini 82 yaşlı pambıqçı Lətif Cəfərov maraqlı təklif edib.
"Qafqazinfo" xəbər verir ki, L. Cəfərov müraciətində bildirib ki, bu gün 82 yaşı olmasına baxmayaraq, mövsüm ərzində hər gün hektardan 50 sentner pambıq toplayır. O, Azərbaycanın bütün pambıqçılıq rayonlarının özünə güvənən fermerlərini eyni miqdarda məhsul yığmağa çağırır.
Pambıqçılıq sahəsində zəngin təcrübəyə malik Lətif Cəfərov Azərbaycan prezidenti İlham Əliyevin ölkə pambıqçılarına böyük etimad göstərdiyini deyib: “Mən ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi Sovetlər dönəmindən bəri bu sahədə çalışıram. Həmişə də ulu öndərin çağırışlarına qoşularaq bol pambıq toplamışam. Biz prezidentin bu sahədəki siyasətinə qüvvət verməliyik”.