Sosial şəbəkədə biz:

Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında Bolqarıstanı məğlub edib

30 May 2018, 22:06
Gündəm
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb. "Report"un məlumatına görə, A qrupunda yer alan yığma Bolqarıstanla üz-üzə gəlib. Voleybol Mərkəzində baş tutan qarşılaşma Faiq Qarayevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər oyununda isə Ukrayna Portuqaliyanı sınağa çəkib. Ukrayna bu görüşdə rəqibini 3:1 hesabı ilə üstələyib. Qeyd edək ki, bu nəticədən sonra aktivində 9 xalı olan Azərbaycan yığması turnir cədvəlində Bolqarıstanla birlikdə 1-2-ci yerləri bölüşdürür. Ukraynanın 6 xalı olduğu halda, Portuqaliya hələ də xal qazanmayıb. Qızıl Avropa Liqası A qrupu IV tur 30 may 18:00. Azərbaycan - Bolqarıstan 3:1 (25:20, 23:25, 25:21, 25:21) Hakimlər: Kristian Volf (İsveçrə), Eldar Zülfüqarov (Azərbaycan) Bakı, Voleybol Mərkəzi