Sosial şəbəkədə biz:

Qarabağda erməni hərbçi ölüb

31 May 2018, 11:09
Gündəm
Dünən axşam saatlarında işğal altında olan Qarabağda ağır yol qəzası baş verib. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində 1992-ci il təvəllüdlü hərbi qulluqçu Suren Ayvazyan ölüb. Onun Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi birləşmələrdən birində müqavilə əsasında xidmət keçdiyi bildirilib. Faktla bağlı araşdırma aparılır, qəzanın səbəbləri araşdırılır.