Sosial şəbəkədə biz:

Zidan “Real”dan getdi - Şok qərar

31 May 2018, 15:34
Gündəm
Zinəddin Zidan Madrid “Real”ının baş məşqçi postundan istefa verib. “Qafqazinfo” xəbər verir ki, onun istefası rəsmən saat 15:00-da baş tutacaq mətbuat konfransında açıqlanacaq. Zidan mayın 26-da "Real"la üçüncü dəfə ardıcıl olaraq UEFA Çempionlar Liqasının qalibi olub. Bununla da tarix yazan çalışdırıcı dünyada ÇL kubokunu ardıcıl qazanan ilk məşqçidir.
Qeyd edək ki, fransalı mütəxəssis 2016-cı ildən "Real"ın baş məşqçisi postunda çalışır *** Artıq mətbuat konfransı başlayıb. Zidan Madrid klubundan ayrıldığını özü rəsmən açıqlayıb.