Sosial şəbəkədə biz:

İTV yeni baş direktorunu seçir

01 June 2018, 12:01
Gündəm
Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçki keçirilir. “Qafqazinfo” xəbər verir ki, yeni baş direktor İTV-nin Yayım Şurasının iclasında seçiləcək.
Qeyd edək ki, İTV-nin baş direktoru postuna yeddi namizəd var: Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu.