Sosial şəbəkədə biz:

Gədəbəydə ağır qəza - 2 ölü, 4 yaralı

04 June 2018, 10:25
Gündəm
Gədəbəydə iki avtomobil toqquşub, ölən və yaralananlar var.   “ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Gərgər kəndində baş verib. Hərəkətdə olan iki "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan sürücülər 1973-cü il təvəllüdlü Qarayev Nail və 1974-cü il təvəllüdlü İsmayılov Aydın xəstəxanada ölüblər.
Yaralılardan iki nəfəri Gəncədə olan xəstəxanalardan birinə aparılıb. Faktla bağlı araşdırma aparılır. *** “Qafqazinfo” hadisə ilə bağlı Gədəbəy Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxanadan bildirilib ki, 2 nəfər elə hadisə yerindəcə ölüb. Onların ikisi də sürücüdür. Yaralılar xəstəxanaya daxil olarkən vəziyyətləri orta-ağır olub. Hazırda bütün yaralılar Gəncə xəstəxanasına köçürülüb, vəziyyətləri normaldır.