Sosial şəbəkədə biz:

Azərbaycanda 3 yaşlı uşaq zəhərlənmədən öldü

04 June 2018, 10:27
Gündəm
Tovuzda üç yaşlı oğlan kimyəvi maddədən zəhərlənərək ölüb. " Azinforum.az " APA-ya istinadən xəbər verir ki, rayonun Qədirli kənd sakini, 2015-ci il təvəllüdlü Ramil Vüqar oğlu Balakişiyev yaşadığı evdə şüşədə olan metafos tərkibli məhlulu meyvə şirəsi bilərək içib.
Ağır dərəcədə zəhərlənən uşaq xəstəxanaya çatdırılsa da, onu  xilas etmək mümkün olmayıb.