Sosial şəbəkədə biz:

Naxçıvanda Türkiyə-Azərbaycan birgə təlimləri başa çatıb – FOTOLAR

04 June 2018, 20:46
Gündəm
Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti və zirehli texnikası Naxçıvandakı daimi dislokasiya məntəqəsinə qayıdıb. MN-dən  verilən məlumata görə, birgə taktiki təlimin son günü “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib. Tədbirdə Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordusunun komandanı ordu generalı İsmail Serdar Savaşın və Azərbaycan Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.