Sosial şəbəkədə biz:

Dünyaya meydan oxuyan Kimin yaşadığı evin - Fotoları

05 June 2018, 09:36
Gündəm
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Şimali Koreyaya səfər edən "Tass" foto-müxbiri Valeri Şarifulin Kim Çen İnin  evinin şəkillərini çəkib. "Qafqazinfo" xəbər verir ki, Pxenyandan bir qədər aralıda yerləşən malikanənin geniş həyəti və hovuzu var.
Ev başdan-ayağa pəncərə və qapılarla doludur. Kimin keçmiş cangüdəni onun Pxenyan ətrafında daha 7 evinin olduğunu bildirib. Evin qarşısında hər zaman zierhli "Mercedes" gözləyir. Evin içərisində bəzəkli "Koreya qızı" heykəli bolluq rəmzini bildirir.