Sosial şəbəkədə biz:

"Bakcell": "Hədiyyə paketinin müddəti hətta balansında vəsait olmayan nömrələrdə də uzadılıb"

05 June 2018, 14:30
Gündəm
"Bakcell" mobil operatorunun mətbuat xidməti başqa informasiya resursuna istinadən Azinforum.az-da yayımlanan yazı ilə bağlı münasibətini açıqlayıb: "Cümhuriyyətin 100 illiyi ilə bağlı müəyyən qrup abunəçilərə pulsuz təqdim edilmiş 5 GB internet paketinin müddəti daha 1 ay hədiyyə olaraq uzadılıb və bunun üçün nömrələrin balanslarından heç bir vəsait çıxılmayıb. Bu barədə abunəçilərə avtomatik qaydada daxil olmuş SMS məlumat xarakteri daşıyır. Bu şablon SMS-də paketin müvafiq vəsaitin müqabilində uzadılması qeyd edilsə də, hədiyyə paketinin müddəti hətta balansında vəsait olmayan nömrələrdə də uzadılıb".