Sosial şəbəkədə biz:

Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün rüsum artırılır

05 June 2018, 20:56
Gündəm
Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu dəyişdirilir. "Report" "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər layihəsinə istinadən xəbər verir ki, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün rüsum 39% artırılır. Belə ki, dəyişiklik təsdiq olunanandan sonra avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi rüsumu 18 manatdan 25 manata qaldırılacaq.