Nazir müavini qeyd edib ki, bu gün Azərbaycan sement, kərpic kimi bir çox tikinti materialları ilə özünü tam təmin edir, digər məhsulları üzrə də göstərici buna yaxındır:
"Son illərdə Azərbaycanda tikinti materiallarının istehsalı 47 faiz, o cümlədən sement - 24 faizdən çox, inşaat-beton qurğuları - 60 faizdən çox, tikinti kərpici - 48 faiz, hazır beton qarışığının istehsalı isə 96 faizdən çox artıb".
"Azərbaycan özünü tikinti materialları ilə 100 % təmin etmək istəyir" - RƏSMİ
Azərbaycan yaxın illərdə özünü tikinti materialları ilə 100 faiz təmin etmək niyyətindədir.
Azinforum.az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən IV Avropa İttifaqı-Azərbaycan biznes-forumu zamanı deyib.
N.Səfərovun sözlərinə görə, son vaxtlarda Azərbaycanda tikinti sənayesinin inkişafı nəinki bu sahədə müasir müəssisələrin yaradılmasına, eləcə də tikinti materialları ilə özünü təminatı artırmağa imkan verib.