Biləcəri dairəsi kiçildildi
Deformasiyaya uğramış yerlər yenidən bərpa olunur. Biləcəri qəsəbəsində yerləşən Rəşid İsmayılov küçəsində işlər davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən Oxu.Az -a verilən məlumata görə, uzunluğu 335 m olan küçənin 235 m hissəsində 12 m enində genişləndirilmə işləri həyata keçirilib. Belə ki, həmin hissədə torpaq yatağı yenidən tikilərək birqat asfalt-beton örtük döşənib. Həmin ərazidə yerləşən dairənin diametri 34 m-dən 22 m-ə qədər kiçildilib. Bundan əlavə Avtovağzal istiqamətində deformasiyaya uğramış yerlər yenidən bərpa olunur. Hazırda köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınması işləri aparılır.