Sosial şəbəkədə biz:

Dövlət rüsumu 17 manatdan 25 manata qaldırılır

06 June 2018, 11:55
Gündəm
Azərbaycanda avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu artırılır. “APA-Economics” xəbər verir ki, bu, “Dövlət Rüsumu haqqında” qanuna dəyişiklik layihəsində əksində tapıb. Layihəyə əsasən, avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsum 25 manatadək artırılır. Qeyd edək ki, qüvvədə olan qanuna görə avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu 17 manatdır.