Sosial şəbəkədə biz:

Qarabağ separatçılarının rəhbərliyində parçalanma

06 June 2018, 12:04
Gündəm
Qarabağ separatçılarının “dövlət naziri” Araik Arutyunyan istefaya gedib. Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, Araik Arutyunyan bununla bağlı ərizəsini separatçı rejimin başçısı Bako Saakyana təqdim edib. A.Arutyunyan istefasının səbəblərini bu gün 15:00-da keçirəcəyi mətbuat konfransında açıqlayacaq. Qeyd edək ki, Arutyunyan 2007-2017-ci illərdə qondarma rejimin “baş naziri” olub. O, Bako Saakyandan sonra Qarabağ separatçılarının 2-ci şəxsi hesab edilib.