Sosial şəbəkədə biz:

Binəqədiyə yeni icra başçısı təyin olundu - Sərəncam

06 June 2018, 15:07
Gündəm
Prezident İlham Əliyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Azinforum.az xəbər verir ki, sərəncamda qeyd olunur: "Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin". Qeyd edək ki, ölkə başçısı İlham Əliyev mayın 17-si Xaləddin İsgəndərovu Binəqədi icra başçısı vəzifəsindən azad etmişdi.