Sosial şəbəkədə biz:

DÇ-2018 üçün Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı açıqlanıb

06 June 2018, 20:40
Gündəm
Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatı üçün Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı müəyyənləşib. Bu barədə "Report"un sorğusuna cavab olaraq FİFA-nın Mətbuat xidmətindən məlumat verilib. Rəsmi açıqlamada bildirilir ki, ölkə vətəndaşları indiyədək ali futbol qurumundan 500 bilet əldə edib. Lakin bilet satışı iyulun 15-dək davam edəcəyindən, bu rəqəm dəyişə bilər. Qeyd edək ki, DÇ-2018 iyunun 14-də start götürəcək. Mundialın oyunları Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.