Sosial şəbəkədə biz:

“Boeing” şirkəti İrana təyyarə satışından imtina edib

06 June 2018, 22:06
Gündəm
“Boeing” korporasiyası sanksiyalar səbəbindən İrana təyyarə satışından imtina edib. “Report”un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə “Agence France-Presse”ə (AFP) açıqlamasında “Boeing”in rəsmi nümayəndəsi bildirib. “Hələ ki, biz İrana təyyarə göndərməmişik. Artıq İranla ticarətə dair lisenziyanın olmaması səbəbindən biz təyyarələri göndərməyəcəyik”, – rəsmi nümayəndə deyib. Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyaların ləğvindən sonra “Boeing” “Iran Air” və “Iran Aseman Airlines” aviaşirkətləri ilə dəyəri 20 mlrd dollaradək olan sazişlər imzalamışdı.