Sosial şəbəkədə biz:

Külək Bakıda keçirilən dünya çempionatına mane oldu

08 June 2018, 21:53
Gündəm
Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatında gənclər və Elit kateqoriyasının təsnifat yürüşləri təxirə salınıb. Virtualaz.org-un məlumatına görə, buna küləkli hava şəraiti səbəb olub. Qeyd edək ki, bugünkü yarışın saat 20:40-da keçirilməsi nəzərdə tutulmuşdu. Həmin yarışın sabah saat neçədə keçiriləcəyinə yaxın müddətdə qərar veriləcək.