Sosial şəbəkədə biz:

Ərdoğan: "İraqın şimalı çox tezliklə terrorçulardan təmizlənəcək"

09 June 2018, 11:54
Gündəm
İraqın şimalı, o cümlədən Qəndil çox tezliklə terrorçulardan tamamilə təmizlənəcək. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. R.T.Ərdoğan bildirib ki, İraqın şimalı PKK terrorçuları üçün yuvadır: “Əgər İraq hakimiyyəti bu bölgəni təmizləmək iqtidarında deyilsə, o zaman Türkiyə Silahlı Qüvvələri bu torpaqların terrorçulardan azad edilməsi üçün mümkün olan hər şeyi edəcək”.