Sosial şəbəkədə biz:

Türkiyədə yeni qiyam təhlükəsi - Nazir etiraf etdi

09 June 2018, 12:46
Gündəm
“Türkiyənin daxilində təhdid yarada biləcək FETÖ hücrələri mövcuddur”. Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Nazir deyib ki, FETÖ subliminal mesajlarla çevriliş etmək üçün çağırışlar edir: “Yeni qiyam, çevriliş planları var. Amma buna gücləri yoxdur. FETÖ sosial şəbəkələr üzərindən dəstək axtarışındadır. Xüsusilə Balkanlarda çox güclüdürlər. Biz də onların xaricdəki logistik mərkəzini aşkara çıxarmağa çalışırıq”, - deyə nazir vurğulayıb. (AzVision.az)