Sosial şəbəkədə biz:

Bakı həbsxanasında əsgəri güllələdilər

10 June 2018, 10:27
Gündəm
Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident olub. APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Müəssisədə xidmət çəkən əsgərlərdən biri hərbçi yoldaşını güllələyib. Güllə yarası alan İlkin Tariyelzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.