Trend-in məlumatına görə, Azərbaycandan Rusiyaya turist səfərləri I rüb ərzində 193 min təşkil edib, ötən ilin ilk üç ayından 7 faiz çox. Ümumilikdə I rüb ərzində xarici vətəndaşların Rusiyaya turist səfərlərinin sayı 4,3 milyon təşkil edib. İlk beşlikdə aşağıdakı ölkələr yer alıb: 1. Ukrayna - 1,556 min (-1%)
2. Qazaxıstan - 656 min (0%) 3. Çin - 216 min (+18%) 4. Finlandiya - 204 min (-13%) 5. Azərbaycan - 193 min (+7%)