Sosial şəbəkədə biz:

Vidadi Bərdəlinin oğlu saxlanıldı

11 June 2018, 11:56
Gündəm
Mərhum müğənni Vidadi Bərdəlinin oğlu həbs edilib. " Azinforum.az " Unikal.org-a istinadən xəbər verir ki, dünən Yasamal rayon polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı Tuncay Vidadi oğlu Vəliyevin üzərindən narkotik maddə aşkarlanıb. Sonradan polis saxlanılan şəxsin Binəqədi rayonundakı mənzilində əməliyyat-axtarış tədbirləri həyata keçirib. Qeyd edək ki, polis tərəfindən saxlanılan Tuncay Vidadi oğlu Vəliyev əvvəllər Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərərvurma maddəsi ilə məhkumluq həyatı yaşayıb.
*** Müğənni Aytac Bərdəli "Qafqazinfo"ya açıqlamasında qardaşının həbsi barədə danışmaq istəmədiyini bildirib: "Bu barədə danışmaq istəmirəm. Hadisədən də xəbərim yoxdur".